Böyük Britaniyada immiqrantlar üçün üzən həbsxana hazırlanır. Belə ki, hökumətin immiqrantları saxlayacağı "Bibby Stockholm" gəmisi ölkənin cənubundakı Dorset şəhərinə çatıb.

İqtisadiyyat.az "Sky News"a istinadən xəbər verir ki, miqrantlar gəminin içərisində, avtomobil dayanacağından daha kiçik ərazilərdə saxlanılacaqlar.

Məlumata görə, hökumət qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün ötən ay "Qeyri-qanuni immiqrasiya haqqında" qanunu elan edib.

Qanuna əsasən, ölkəyə daxil olan qeyri-qanuni miqrantlar sığınacaq üçün müraciət edə bilməyəcək və qısa müddət ərzində deportasiya olunacaqlar. Deportasiya olunanlar təhlükəsizdirlərsə, öz ölkələrinə, əks halda təhlükəsiz hesab edilən üçüncü ölkələrə göndəriləcəklər.

 

Gözəl Həşimova