İlon Musk, 'Boring Company' şirkəti tərəfindən inşa edilmiş uzunluğu 3.2 km olan ilk yeraltı tunelin videosunu paylaşıb.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, sistem 8-16 nəfər sərnişini və bir avtomobili saatda 250 km sürətlə daşıya bilər.

'Boring Company' şirkətinin əsas məqsədi tunellərin inşasına xərclənən vəsaiti 10 dəfə azaldaraq yeni nəqliyyat sistemini yaratmaqdır. Bunun üçün şirkət tunellərin ölçülərini 8.5 metrdən 4.2 metrə kimi azaltmağı və qazıcı cihazların işlərini sürətləndirməyi planlaşdırır. Şirkətin 'Loop' nəqliyyat növü İlon Musk tərəfindən təklif olunmuş 'Hyperloop'dan fərqlənir. Belə ki, Loop sistemi qısa məsafəli səyahətlər üçün nəzərdə tutulub və Hyperloop sistemindəki kimi yüksək sürətli deyil.

Qeyd edək ki, tunelin rəsmi açılışı 10 Dekabr tarixində baç tutacaq.