Azərbaycanın sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.