Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi "Əl Vətən" qəzetinə məlumat verib.  

Onun sözlərinə görə, qarşıdan gələn Suriya-Türkiyə görüşü sərhəd bölgələrində vəziyyətlə bağlı siyasi anlaşmaya və razılaşmalara gətirib çıxaracağı gözlənilən uzun danışıqlar prosesinin başlanğıcı olacaq. 

Nəşr qeyd edib ki, Türkiyə tərəfi Moskva və Bağdaddan ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi xahiş edib: "Tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar".

Nəşr əlavə edir ki, Ankara ilə Dəməşq arasında yaranmaqda olan yaxınlaşma ərəblərin, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından dəstək alıb. Nəşr yazır ki, Rusiya, Çin və İran da tərəfləri ikitərəfli əlaqələr yaratmaq üçün dialoqa çağırır.