Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyətin hərəkət kursunu müəyyən edən məxfi plan hazırlayıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Plan "Operationsplan Deutschland" və ya OPLAN DEU (alman dilindən tərcümədə “Almaniyada Əməliyyat Fəaliyyət Planı”) adlanır. Söhbət möhkəm və döyüşə hazır müdafiə arxitekturasının" təmin edilməsindən gedir.

Burada Almaniya NATO-nun Avropadakı "düyün nöqtəsi" kimi təsvir edilir. Planın əsas vəzifəsi alyansın yüz minlərlə ordusunun şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq. 

"Bu o deməkdir ki, bir çox küçə və yollar, eləcə də liman infrastrukturu mülki nəqliyyat üçün deyil, hərbi məqsədlər üçün istifadə olunacaq", - Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi izah edib.

Bundan əlavə, vəzifələrdən biri hərbi əsir düşərgələrinin tikintisidir ki, bunu Bundesver əməkdaşı nəşrə təsdiqləyib. Mülki müdafiə məsələsinə və mülki əhalinin müdafiəsi tədbirlərinə xüsusi diqqət yetirilir. Planda ölkə ərazisindən qərbdən şərqə keçən və potensial hücumların hədəfi ola biləcək A2 şossesi kimi müəyyən mühüm nəqliyyat marşrutlarından da bəhs edilir.