Azərbaycan I Liqasında X tura start verilib.
İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Karvan" Yevlaxda "İrəvan"ı məğlub edib. 6 qolun vurulduğu "Zaqatala" - "Difai Ağsu" görüşündə meydan sahibləri qələbə qazanıb.
Azərbaycan I Liqası
X tur
6 dekabr
“Karvan” – “İrəvan” 2:0
Qollar: Müşfiq Teymurov, 50, Peter Kinqs, 90+6
Yevlax şəhər stadionu
“Zaqatala” – “Difai Ağsu” 4:2
Qollar: Roini İsmayılov, 50, Kənan Müslümov, 90, Nizami Səmədov, 90+4, Uoren Lloyd, 90+6 - İlham Allahverdiyev, 18, Rəhman Quliyev, 47
Zaqatala OİK stadionu