Husilərin Qırmızı dənizdəki gəmilərə hücumları neft tədarükünün kəsilməsi ilə bağlı narahatlıqları artırdığı üçün qiymətlər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 32 sent və ya 0,4% bahalaşaraq 76,87 ABŞ dolları olub.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 34 sent və ya 0,5% artaraq 71,77 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova