2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 5 milyard 675,6 milyon manatının və yaxud 16,6 %-nin hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24,1 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.