ABŞ Maliyyə naziri Steve Mnuçin, Çin ilə ticarət müzakirələrində irəliləyiş olacağı təqdirdə prezident Trampın ABŞ-ın Huawei-ə qarşı olan sanksiyalarını yumşalda biləcəyini bildirib.

Mnuçin, ABŞ-Çin arasındakı ticarət müzakirələrində irəliləyişin, Tramp ilə Çin dövlət başçısı Şi-nin bu ayın sonunda G20 sammitində baş tutacaq görüşlərində əldə olunacağını ehtimal edib.

“The Guardian”ın verdiyi xəbərə görə Mnuçin, heç bir irəlilyiş əldə olunmayacağı təqdirdə, Vaşinqtonun büdcə xərclərini azaltmaq üçün gömrük tarifləri tətbiqini davam edəcəyini bildirib və əlavə edib:

“Prezident Tramp, ticarət münasibətlərində irəliləyiş və bəlli zəmanət əldə etsək Huawei mövzusunda da açıq qərarlar veriləcəyini söyləyir. Əgər Çin hər hansı bir anlaşmanı qəbul edəcəksə, biz də irəli sürdüyümüz şərtlər əsasında irəliləməyə hazırıq. Əgər Çin addım atmaq istəmirsə, Prezident Tramp münasibətlərə yenidən baxmaq üçün tariflərin tətbiqinin davam etməsindən sevinər”.