İqtisadiyyat.Az Azərtaca istinadən xəbər verir ki, şirkət “Mate 20 Pro” flaqman modelində yeni nəsil prosessor istifadə edib ki, nəticədə bu smartfon modeli əvvəlki seriyalardan daha üstün nəticələr nümayiş etdirib.

Belə ki, “Mate 20 Pro”da istifadə olunan və 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış 8 nüvəli “Kirin 980” prosessoru əvvəlki nəsil sistemdən fərqli olaraq 75 faiz daha üstün performans və 58 faiz daha üstün güc verir. Prosessorun 8 nüvəsindən 4-ü “Cortex A76”, digər 4-ü isə “Cortex A55” arxitektura sisteminə sahibdir. Smartfondakı dörd iri nüvələrdən ikisi 2.6 qiqaherz, digər ikisi isə 1.92 qiqaherz tezliyində çalışır. “Cortex A55” nüvələri isə 1.8 qiqaherz tezliyində çalışır.

kir.jpg

Qeyd edək ki, “Kirin” mərkəzi prosessor modulu subsistemi böyük, yüksək istehsal qabiliyyətli nüvələri dərhal və intensiv iş yüklərini idarə etmək, iri və yüksək performanslı nüvələri dayanıqlı performans göstərmək, ultra-effektiv nüvələri isə maksimal enerji effektivliyi ilə yüngül və arxa fon əməliyyatların icrası üçün istifadə edir.

“Huawei” yüksək texnologiyaların tətbiqi ilə insan həyatını daha müsbət istiqamətdə dəyişəcək yenilikləri təqdim etməkdə davam edir.

7f.jpg

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. “Huawei” dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.