Belçika 2-ci Liqa komandalarından biri olan "Beerschot" Dirk Kuytun texniki direktor vəzifəsinə təyin edildiyini açıqladı.

İqtisadiyyat.az xəbər verir ki, bir müddət əvvəl Hollandiyanın "ADO Den Haaq" komandasında məşqçi kimi çalışmış Dirk Kuytun yeni ünvanı bəlli olub.Hollandiyalı çalışdırıcı Belçikanın 2-ci Liqa komandalarından biri olan "Beerschot" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Kuyt açıqlamsında "Belə yaxşı tarixə malik bir klubla müqavilə bağlaya bildiyim üçün şadam. Bu yeni çağırışa böyük enerji və həvəslə başlamaq üçün səbrsizliklə gözləyirəm" deyə bildirib.