Hollandiya hökuməti Ukraynaya Patriot zenit-raket kompleksi üçün raketlər verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte Odessada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra deyib.

Onun fikrincə, Rusiya bu qış Ukraynaya mümkün qədər çox zərər vurmağa çalışacaq. Buna görə də Rutte Hollandiyanın "Patriot" hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər tədarük edəcəyini, bununla da Ukraynanın özünü Rusiyanın hava hücumlarından qoruya biləcəyini bildirib.

Bundan əlavə, qeyd edilib ki, Hollandiya Ukraynaya taxıl ixracı üçün dəniz yollarının təhlükəsizliyini təmin etmək üçün patrul qayıqları almağa kömək edəcək.