Hollandiya hökuməti hökumət rəsmilərinə AliExpress, WeChat və digər proqramlardan smartfonlarında istifadə etməyi qadağan edib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Hollandiya hökuməti bu qərarı Çinin casusluq fəaliyyəti ilə məşğul ola biləcəyindən narahat olduğu üçün atıb. 

Hollandiyanın NOS media orqanı TikTok da daxil olmaqla 10 tətbiqin qadağan edildiyini bildirib.

Hollandiyanın kəşfiyyat xidməti AIVD bu proqramların Çin, İran, Rusiya və Şimali Koreyada hazırlandığını açıqlayıb. 

Xatırladaq ki, AIVD bir neçə ay əvvəl Çinin Hollandiya iqtisadiyyatının təhlükəsizliyinə ən böyük təhdidlərdən biri olduğunu açıqlamışdı.