Qətər İqtisadiyyat və Sənaye Nazirliyi qonşu ölkələr tərəfindən qoyulan nəqliyyat blokadası səbəbindən ölkəyə məhsulların çatdırılmasındakı məhdudiyyətlərə baxmayaraq, Ramazan ayının sonuna qədər ucuz qiymətlərlə satılacaq 500-dən çox ərzaq və qeyri-ərzaq məhsullarının siyahısını açıqlayıb. 

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər yayıb.

"Bu təşəbbüs əsas supermarketlərlə razılaşdırılmaqla həyata keçirilir və Ramazan ayının sonunadək davam edəcək. Bu, nazirliyin  müqəddəs ayda adətən tələbatın artdığı malların alınmasında insanlara kömək etmək vədinə müvafiqdir.  Dükanlarla birgə biz bu cür ərzaq növlərinin siyahısını müəyyən edib onlara daha uyğun qiymətlər qoymuşuq" ,-Nazirliyin açıqlamasında belə deyilir. 

Bu il Qətərin sözügedən nazirliyində ucuzlaşdırılan malların siyahısına un, şəkər, düyü, makaron, süd və bir sıra qeyri-ərzaq məhsulları daxil edilib. Bütün əsas iri satış şəbəkələrinə qiymətləri azaltmaq üçün lazım olan məhsulların siyahısı verilib.  Nazirlik mağazaların bu göstərişi necə həyata keçirəcəklərini öyrənmək üçün gözlənilmədən və tez-tez yoxlamalar aparmağa söz verib. Bundan əlavə, Qətər hökuməti alıcılardan Ramazan ayı boyunca  ticarət obyektlərinin qiymətlərin azaldılması siyasətinə əməl etmədikləri təqdirdə şikayət etmələrini də xahiş edib.