Hindistanda son sutkada koronavirusdan 2 000-dən çox insan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Son sutkada Hindistanda 13 500 nəfər koronavirusa yoluxub. Bununla da yoluxanların sayı 380 532 nəfərə, qurbanların sayı isə 12 573 nəfər yüksəlib. Virusa yoluxan 204 710 pasiyent sağalıb.