Əhalisinə görə dünyanın ikinci ən böyük ölkəsi olan Hindistanda koronavirusa qarşı alınan tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi virusa yoluxanların sayının bir gündə rekord həddə çatdığını açıqlayıb.
Bildirilib ki, son 24 saatda 5 242 nəfər bu virusa yoluxub.
Qeyd olunub ki, bu yoluxma Hindistanda koronavirusun yayılmağa başladığı ilk gündən ən çox yoluxma halı kimi qeydə alıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 96 169, virusdan ölənlərin sayı isə 3 029 nəfərə çatıb.