Hindistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6,3 min artaraq 151767-yə çatıb.

Bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyinin yaydığı məlumatda deyilir.

Bir gün əvvəl Hindistanda COVID-19-a yoluxanların ümumi sayı 145380 nəfər idi (sutka ərzində artım 6,5 min olub), ondan bir gün öncə isə xəstələrin sayı 138845-ə bərabər olub (sutka ərzində artım 6,9 mindən çox olub).

Nazirliyin məlumatına görə, hazırda ölkədə 83004 nəfər koronavirusdan müalicə alır. Xəstəlikdən 64425 nəfər sağalıb (sutka ərzində 3935 nəfər), 4337 nəfər ölüb (sutka ərzində 170 nəfər).