Ötən gün ərzində Hindistanda 2500 nəfər koronavirusa yoluxub.

“Delhi Times” xəbər verir ki, beləliklə ölkədə xəstəliyə tutulanların ümumi sayı 42 533 nəfərə çatıb.

Hal-hazırda 29 543 nəfər koronavirusdan müalicə alır, 10 623 nəfər – sağalıb, 1373 insan isə xəstəliyin qurbanı olub.

Hindistanda koronavirusa ən çox insan Maharaştra ştatında yoluxub (12 974 nəfər).