Hindistanda koronavirusa yoluxanların sayı bir milyonu keçib.

Bu barədə Oxu.Az-ın onlayn statistikasından məlum olur.

Pandemiya müddətində Hindistanda 1 005 637 yoluxma halı qeydə alınıb. Ölkə dünya üzrə koronavirusa yoluxma siyahısında üçüncü yerdədir.

COVID-19 qurbanlarının sayı isə 25 609 nəfərdir.

Yerli saytların məlumatına görə, epidemiyadan ən çox Maharaştra ştatı zərər çəkib. Bu bölgədə 284 281 yoluxma halı qeydə alınıb.