Hindistanın Uttar-Pradeş ştatında ildırım vurması nəticəsində azı 38 nəfər ölüb, onlarla insan yanıq xəsarətləri alıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilib ki, ölənlərin əksəriyyəti Pratapqarh şəhərindəndir.

İyulun 10-dan sözügedən ştatda güclü yağış yağıb, ildırım çaxıb. Hindistan Meteorologiya Xidmətinin məlumatına görə, növbəti beş gün ərzində Uttar-Pradeş və ona bitişik bölgələrdə daha güclü leysan yağışları gözlənilir.