Hindistan Müdafiə Nazirliyi artan mənzilli səsdən sürətli BrahMos raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada, Su-30MKI döyüş təyyarəsindən atılan BrahMos raketinin hədəf gəmini müvəffəqiyyətlə vurduğu bildirilib, "Raket Benqal körfəzindəki hədəflərinə çatıb".

Raketin uçuş məsafəsi açıqlanmayan yeni xüsusiyyətinin hava qüvvələrinə “gələcək döyüş meydanlarında üstünlüyü təmin edəcəyi” vurğulanıb.

BrahMos səsdən sürətli raketlər sualtı qayıqlardan, gəmilərdən, təyyarələrdən və ya qurudan buraxıla bilər.