Hindistan kommersiya məqsədli daxili və beynəlxalq sərnişin uçuşlarına qoyulan qadağanın müddətini mayın 17-dək uzadıb.

TASS xəbər verir ki, bu barədə şənbə günü ölkənin Mülki Aviasiya Baş İdarəsinin saytında yerləşdirilmiş qərarda deyilir.

Qərarda qeyd olunur ki, qadağa Hindistan hökumətinin koronavirus infeksiyasının yayılması səbəbi ilə lokdaunu - sərt izolyasiya siyasətini daha iki həftə müddətinə (mayın 23-dək) uzatmaq barədə dünən verdiyi qərara əsaslanır.

“Bu qadağa bütün beynəlxalq yük daşımalarına, həmçinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən xüsusi olaraq icazə verilən uçuşlara şamil edilmir”, - sənəddə deyilir.

Qeyd edək ki, Hindistanda yeni növ koronavirusa yoluxma hallarının sayı 37 336, virusdan ölənlərin sayı 1 218 nəfərdir.