Ölkə mediasında yer alan xəbərlərə görə, bu gündən etibarən keçərli olan qərar, ABŞ-ın Hindistanı güzəştli ölkələr siyahısından çıxartmasına görə verilib. Əlavə vergi 28 məhsul olmaqla, qoz, badam, mərcimək və almaya tətbiq ediləcək. Bəzi məhsulların vergisi hətta 70%-ə qaldırılıb.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan Maliyyə Nazirliyindən ictimai marağı nəzərə alaraq qərarın verildiyi qeyd olunub.

Həmçinin bu qərarın ABŞ prezidenti Donald Tramp və Hindistan baş naziri Narendra Modinin görüşməsi gözlənildiyi, Yaponiyada 28-29 iyunda keçiriləcək G-20 zirvəsindən öncə verilməsi diqqət çəkib. G-20 zirvəsində hər iki ölkənin xarici işlər nazirlərinin görüşməsi də gözlənilir. ABŞ prezidenti Donald Tramp Hindistanın İrandan neft idxalatını dayandırmaması və Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alma planını davam etdirməsi təqdirdə sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

Hindistan, ötən ilin iyun ayında ABŞ məhsullarına 120% artımla vergi tətbiq edəcəyini bildirsə də, sonrakı ticari müzakirələr səbəbilə qərar təxirə salınmışdı. Hindistan, ABŞ-ın, bəzi məhsulların ölkəyə gömrüksüz girişinə imkan yaradan, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutduğu Təkmilləşdirilmiş Güzəştlər Sistemindən bu ayın əvvəli çıxarılıb.

ABŞ-Hindistan arasında ticarət dövriyyəsi 142 mlrd dollar təşkil edir. Bu rəqəmin 2001-ci ildən 7 dəfə artdığı qeyd olunur.

Qeyd edək ki, Təkmilləşdirilmiş Güzəştlər Sistemi inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan bir proqramdır. 1974-cü ildə ABŞ-da da qüvvəyə minən bu proqram sayəsində 121 ölkənin 4 mindən çox məhsulu ABŞ bazarlarına gömrük rüsumu olmadan daxil olurdu.

Mehman Nəbiyev