Hindistanın düyü tədarükçüləri ixrac məhdudiyyətlərinə görə 1 milyard dollar itirə bilərlər.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, Hindistan hökumətinin "Basmati" çeşidi istisna olmaqla, təmizlənmiş düyü ixracına qadağa qoyması nəticəsində düyü tədarükçüləri 1 milyard dollar itirə bilər. Bildirilib ki, ixracatçılar xarici ölkərlə 2 milyon metrik ton taxıl tədarükü üçün imzalanmış müqavilələri ləğv etmək məcburiyyətində qalacaqlar.

 

Gözəl Həşimova