Maliyyə Nazirliyinin Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya Xidmətində aprel ayında dövlət büdcəsinə nəzarətlə bağlı apardığı yoxlamalar davam etdirilib. Xidmətin maliyyə, satınalma, marketinq, təsərrüfat kimi struktur bölmələrində ciddi şəkildə yoxlamalar aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, 3 ay müddətinədək uzadılan yoxlamalar artıq bir neçə aydır, başa çatıb. 

Yoxlamaların aparıldığı maliyyə, satınalma, marketinq, təsərrüfat kimi struktur bölmələri Xidmətin rəis müavini Natiq Hətəmovun kurasiyasında olub. Bildirilir ki, Natiq Hətəmov hazırda rəis müavini vəzifəsindən azad edilib.