Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə 2009-2010 və 2011-2012-ci illər təvəllüdlü yeniyetmələr arasında Bakı kəndləri birinciliyinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Bakı Kəndləri turnirinin ilk günündə 20 çəki dərəcəsində 245 idmançı iştirak edib. Ümumilikdə 400-dək idmançının qatıldığı yarışlara fevral ayının 12-si yekun vurulacaq. Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyası, "Bakı Abadlıq Xidməti” MMC və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.