Avstraliyada "Hər şeyin sahibi Allahdır, dövlət deyil" deyərək vergi ödəməkdən imtina edən 2 xristian qardaşa təxminən 1,4 milyon dollar pul cəzası verilib.
 
Moderator.az xəbər verir ki, 7 il ərzində vergi ödəməkdən imtina edən xristian qardalar 2 milyon Avstraliya dolları (təxminən 1,4 milyon ABŞ dolları) cərimə olunub. 
 
Sözügedən qardaşlar Tazmanya Ali Məhkəməsində hakim qarşısına çıxaraq müdafiələrini özləri aparıb. Qardaşlar " Vergi ödəməyə çətinlik çəkmələri insanların Tanrıya sədaqətini zəiflədir. Bu da Tanrının lənəti olaraq quraqlıq və şoran torpaqlar kimi geri qayıdır. Tanrı əvəzinə Avstraliya dövləti və İngilis Millətlər Birliyinə sədaqət göstərmək Allaha qarşı çıxmaqdır. Bu da İncilə ziddir" deyiblər.