Türkiyənin Hatay vilayətinin İskəndərun qəsəbəsində, bir pişik zibil qutusunun yanındakı şüşə balondan süd içərkən boğazına taxılıb qalan balonla bir həftədir yaşayır. Bu müddət ərzində pişiyi şüşədən qurtarmaq üçün edilən işlər nəticəsiz qalıb.

Pişiyin qurtulmaq üçün etdiyi hərəkətlərə görə balonun bir hissəsi qırılsa da, böyük bir parça hələ də boğazında qalıb. İqtisadiyyat.Az türk mediasına istinadla xəbər verir ki, bir həftə pişiyi tutmaq üçün əlbir olan məhəllə sakinləri sonda xilasedicilərə xəbər veriblər. Hadisə yerinə gələn Hatay Böyükşəhər Bələdiyyəsi xilasetmə dəstəsi pişiyi tutmaq üçün 2 saat çalışsalar da bu mümkün olmayıb.

Tutmaq mümkün olmayan pişiyi qoxusuna gələ bilər deyə manqal hazırlanıb. Məhəllə sakinləri evdəki ət və toyuq parçalarını bişirdikləri yerə məhəllənin bütün pişikləri gəlsələr də, axtarılan pişik gəlmədi. Məhəllə sakinlərindən Mustafa Gönüləri, “Kömür” adı verdikləri həmin pişiyi bir həftədir qurtarmaq üçün çalışdıqlarını bildirib.

“Ətraf Mühitin Qorunması” dərnəyinin rəhbəri Nərmin Qara İldırım pişiyin boğazına ilişib qalan şüşə balona görə, zibil tullantılarına da diqqət etməyin lazım olduğunu söyləyib. Tutulması mümkün olmayan pişiyin dərman vasitəsilə yuxuya aparıb tutmaq planlaşdırılır.