ABŞ-nin Havay ştatının Kauai adasının sahillərində helikopterin okeana çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

Bu barədə İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir.

Kauai Polis İdarəsinin məlumatına görə, adanın Na Pali sahilində gəzən bir neçə nəfərin helikopterin okeana düşdüyü anına şahid olduğu və polisə müraciət etdiyi bildirilib.

Qeyd olunub ki, “Robinson R44” tipli helikopter adada yerli turizm agentliyinə məxsus olub və axtarış-xilasetmə qrupları tur zamanı okeana düşən helikopterin içərisində bir nəfərin cəsədini aşkarlayıb.

Məlumatda itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.