Taxıl Təşəbbüsünün alternativ yolları müxtəlif riskləri ehtiva edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Kuleba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Taxıl Təşəbbüsü üçün alternativ yollar axtarırıq. Ancaq bu yollar ilkin təşəbbüsə alternativ ola bilməz və müxtəlif riskləri ehtiva edir", - Fidan qeyd edib.

"Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması Türkiyə üçün prioritetdir. Prezidentimiz bu məsələ ilə bağlı çox sistemli iş aparır", - Türkiyə XİN rəhbəri əlavə edib.