Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyada keçirilən "Beynəlxalq İnkişaf və Miqrasiya" konfransında iştirak edib. 

İqtisadiyyat.az xəbər verir ki, onu İtaliyanın Baş naziri Giorgia Meloni qarşılayıb.

İtaliyanın paytaxtı Romada “İnkişaf və Miqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir. İtaliyanın baş naziri Giorgia Melonun ev sahibliyi etdiyi konfransda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

İclasda qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində davamlı həllər müzakirə edilir.

Mənbədə miqrasiyanın dayandırılması üçün atılacaq addımlar qiymətləndirilir.

Nazir Fidanın konfrans çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.