Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda yerləşən Türk Evində Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.

"Nazirimiz Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində Türk Evində Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Johansson ilə görüşüb. Görüşdə viza rejiminin liberallaşdırılması və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunub", - paylaşımda qeyd olunub.