Azərbaycanın iki sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib. 

Əliabbas Rzazadə (57 kq) isə yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib. 

Bu gün həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.