Sərbəst güləşçi Hacı Əliyev idmandan ayrılmağı düşünür.

İqtisadiyyat.az xəbər verir ki, dördqat Avropa çempionu hətta bunun zamanını da açıqlayıb.

"Qarşıda dünya çempionatı var. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam", - deyə güləşçi açıqlama verib.