Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.