Ermənistanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Çikovani bu ölkənin baş naziri Nikol Paşinyanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə edib.

İqtisadiyyat.az-ın “1tv.ge”yə istinadən xəbərinə görə, tərəflər həmçinin Strateji Əməkdaşlıq haqqında Müqavilənin vacibliyinə toxunub.

Qeyd edək ki, İ. Çikovaninin Ermənistanlı həmkarı Suren Papikyanla görüşü zamanı nazirliklər arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.