Gürcüstanın Şovi kurortunda baş verən faciəyə görə bu ölkədə elan edilmiş matəm günü ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib.

Bu barədə İqtisadiyyat.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xatırladaq ki, avqustun 7-də Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar bu ölkədə matəm elan edilib.