Bu ilin iyulunda Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstanın şərab ixracında ən böyük paya sahib olan Rusiya bazarlarında kəskin itkilərlə üzləşməsi 2019-cu ilin yayında baş verən siyasi proseslərlə əlaqəli olub. 

Agentliyin məlumatına görə, may ayında Gürcüstan Rusiyaya  4 522 250, iyunda 

4 209 866, iyulda 3 550 264 şüşə şərab ixrac edib. Bu rəqəmlərə əsasən Rusiyaya şərab ixracında ötən ilin analoji dövrləri ilə müqayisədə aylar üzrə müvafiq olaraq 27, 28 və 18 faiz azalma olub.