Gürcüstanın kurort bölgələrində fəaliyyət göstərən mehmanxana, kafe, restoran, klub və barların işçi heyətləri koronavirusla bağlı test olunacaqlar.

Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərar istirahət zonalarında turistlərin sayında artımın olması ilə bağlı verilib.

Qeyd olunub ki, intensiv testlərin aparılması COVID-19-a qarşı mübarizəyə kömək olacaq.Report