Gürcüstanda ötən gün ərzində koronavirusa cəmi bir yoluxma halı qeydə alınıb.

“StopCov” xəbər verir ki, bu, ölkədə epidemiya yaranandan bəri ilk belə hadisədir.

Bu zamana qədər Gürcüstanda 639 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib, 349 nəfər sağalıb, 11 nəfər həyatını itirib.

4 769 nəfərin karantində, 414 nəfərin isə stasionar şəraitdə olduğu bildirilir.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb. Martın axırlarında isə ölkə mayın 22-nə qədər davam edəcək karantin rejiminə keçib.