Gürcüstanda son sutka ərzində koronavirusa 28 yeni yoluxma halı təsdiqlənib, 15 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.  

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 596-ya, sağalanların sayı isə 1 294-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 6 250 nəfər karantində, 289 nəfər isə stasionar nəzarətdə saxlanılır.report