Gürcüstanda koronavirusa yoluxanların sayı 416 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb.
Məlumata görə, virusa yoluxmuş şəxslərdən 105-i artıq sağalıb, 5-i isə vəfat edib.
Qeyd edək ki, hazırda Gürcüstanda 5160 nəfər karantində saxlanılır, stasionar müalicədə isə 579 nəfər var.