Gürcüstanda son sutkada koronavirusa 10 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 361-ə, sağalanların sayı isə 1 098-ə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 235, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.report