Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 652-yə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 383 nəfər sağalıb, 11 nəfər isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 246, stasionar nəzarətdə isə 394 nəfər saxlanılır.