Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 497-yə çatıb. Həmin şəxslərin 156-sı tam sağalıb, 6-sı isə ölüb.

Karantində 5 107, stasionar nəzarətdə isə 534 nəfər saxlanılır.

(Report)