Gürcüstanda son sutkada koronavirusa 23yeni yoluxma faktı təsdiqlənib, 3 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 510 nəfərə, sağalanların sayı isə 1 243-ə çatıb. 19 nəfər xəstəlikdən vəfat edib.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 828, tibbi nəzarətdə isə 232nəfər saxlanılır.report