Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 3 nəfər artaraq 931-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə bu xəstəliyə tutulanların 794-ü sağalıb, 15-i isə dünyasını dəyişib.

Gürcüstan üzrə karantində 2 809, stasionar nəzarətdə isə 229 nəfər saxlanılır.report