“Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib”.
İqtisadiyyat.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin beşi İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır.
Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”.