Ötən ay Gürcüstan 56 761,8 min ABŞ dolları dəyərində təbii qaz idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin ümumi idxalında qaz idxalı 9,2% paya sahib olub. İllik müqayisədə Gürcüstanın qaz tədarükündə 25,5% artım qeydə alınıb.Hesabat ayında Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının dəyəri isə illik müqayisədə 11,9% artaraq 51 597,3 min ABŞ dollara bərabər olub. Bu məhsulun ölkənin ümumi idxalındakı payı 8,3% təşkil edib.

(Report)