Gürcüstan Milli Bankı nominal dəyəri 5 lari olan qızıl və gümüş sikkələr buraxıb.

APA Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, sikkələrin dizaynı Mamuka və Nita Qonqadzelərə məxsusdur. Reqbi oyunlarına həsr edilən sikkələr Litvadakı zərbxanada hazırlanıb.

Yeni kolleksiya sikkələri 29 avqust 2019-cu ildə satışa çıxarılacaq.